Neft tankeri partladı - ölənlər var

09:49 28.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qayanada Demerara çayı ərazisində neft tankerində partlayış olub.

 

Hafta.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, gəmi təmirdə olub və partlayış çənlərdən yanacağın boşaldılması zamanı baş verib.

 

Bildirilir ki, partlayış nəticəsində azı 3 nəfər həlak olub.

 

İlkin məlumata əsasən, hadisəyə səbəb təhlükəsizlik texnikasına riayət edilməməsi olub. Partlayış nəticəsində xəsarət alanlar barədə məlumat verilmir.